ORACLE PROQRAMININ YAZILMASI

   Hörmətli və dəyərli dostlar,
   Bloqun məqsədi Oracle SQL öyrənmək istəyənlərə yardım, dəstək olduğu üçün, ilk yazılarım daha sadə yolla bu istiqamətdə öyrədici dərslər şəklində olacaq. Ən əsası ana dilimizdə ədəbiyyat və video dərsliklərin azlığı nəzərə alınaraq yazılar ana dilimizdə olacaq. 

İşimiz təkcə yazı ilə bitməyəcək. Sözügedən sahənin nəzəriyyəsindən başqa praktiki cəhəti də vacib olduğu üçün Oracle SQL dərsləri / lessons adlı youtube kanalı  yaratmağı qərara aldım. Mövzular yazıldıqca, uyğun videolar da yükləməyə çalışacağam.
   Beləliklə, keçid alıram ilk dərsimizə. Yuxarıda qeyd etdiyim kimi, tək nəzəriyyə praktikasız effektiv olmaz. Odur ki, Oracle SQL öyrənməyə başlayanda da, praktiki öyrənmək üçün ilk növbədə Oracle proqram təminatının kompyuterimizə yazılmasına ehtiyac duyular. Bunu nəzərə alaraq, ilk dərsimizi Windows əməliyyat sistemi üzərində Oracle 11g express edition proqramının yazılmasına həsr etdim. Proqramın yazılması üçün əvvəlcə internet şəbəkəsindən faylın endirilməsi, sonra isə həmin faylın icra edilməsi və addımların sona çatdırılması lazımdır. Bu prosesi tam olaraq kanalımızda https://youtu.be/LMv5fw87AQw linki altında yerləşən videoda izləyə bilərsiniz. Videoda rastlaşacağınız linkləri aşağıda qeyd edirəm:
1) Oracle.com saytı
http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/index.html

2) Google drive
https://drive.google.com/file/d/1oHazF1dFTueV4bdEaE6m_OF2cQukJNnC/view?usp=sharing

Oracle.com saytından endirimlər etmək üçün qeydiyyat tələb olunduğundan, həmin faylı google drive-a da yüklədim ki, çox vaxt itirməyəsiniz. Videoda 2-ci linkdən (google drive) istifadə olunub. 
Hər hansı uyğunsuzluqlar, iradlar və yaxud təkliflər olduğu halda müzakirə edə bilərik.
Hamımıza uğurlar arzulayıram. Çalışacağam, davamlı şəkildə yazılar, dərslər və videolar olsun.
 

One comment

Leave a reply to İlkin Cancel reply